AMB valyuta ehtiyatlarını artırıb

AMB valyuta ehtiyatlarını artırıb
# 03 may 2019 16:04 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il mayın 1-nə 5,789 mlrd. ABŞ dolları təşkil edib.

AMB-dən ONA-ya verilən məlumata görə, bu, aprelin 1-i ilə müqayisədə 0,2% və ya 10,4 mln. dollar çoxdur.

Mərkəzi Bankın valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 163,3 mln. dollar və yaxud 2,9%, son 1 ildə isə 323,2 mln. dollar və yaxud 5,9% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR