Azərbaycan gimnastı Universiadada qızıl medal qazanıb

Azərbaycan gimnastı Universiadada qızıl medal qazanıb
# 07 iyul 2019 15:12 (UTC +04:00)

Azərbaycan millisi İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında ilk qızıl medalına sahib olub.

APA-nın məlumatına görə, yığmanın heyətində idman gimnastı Marina Nekrasova çempionluq sevinci yaşayıb.

O, dayaqla tullanma hərəkətlərində hakimlərdən 14,000 xal alıb və bu, birinci olması üçün kifayət edib. Gimnast ən yaxın izləyicisi olan rusiyalı rəqibi Liliya Axaimovanı 0,025 xal qabaqlayıb.

Bu, komandamızın Neapolda ikinci medalı olub. M. Nekrasovadan öncə cüdoçu Hidayət Heydərov (73 kq) Universiadanı ikinci pillədə bitirib.

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR