Marko Rossi: “Azərbaycan yığmasına qalib gəlməyə borcluyuq”

Marko Rossi: “Azərbaycan yığmasına qalib gəlməyə borcluyuq”
# 17 may 2019 11:43 (UTC +04:00)

“AVRO-2020-nin seçmə mərhələsinin qarşıdakı iki oyununda 6 xal qazanmağımızı istəyirəm. Sərt görünmək istəmirəm. Azərbaycan yığmasına qalib gəlməyə borcluyuq”.

ONA-nın məlumatına görə, bunu Macarıstan millisinin baş məşqçisi Marko Rossi deyib.

Təcrübəli mütəxəssis AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycan və Uelslə görüşlərinə həsr olunan mətbuat konfransı keçirib. İyunda baş tutacaq oyunlar barədə danışan M.Rossi iddialı olduqlarını vurğulayıb: “Lakin meydanda hər komandadan olan 11 futbolçu olur və nəticəni indidən demək çətindir. Xorvatiya üzərində qələbədən sonra demişəm ki, Azərbaycanı udmalıyıq. Bakıda asan olmayacaq. Biz səfərdə oynayacağıq. Oradakı rütubətin yüksəkliyi bizim üçün qeyri-adi ola bilər. Lakin qalib gəlməyə çalışmalıyıq. Azərbaycan yığmasını dərindən təhlil etmişəm. Futbolçularını adbaad tanıyıram. Bu işdə heç kim kömək etməyim. Onların oyunlarının videosunu izləmişik. Xüsusilə də son iki matçı analiz etmişik. Onların son iki məğlubiyyətini – Kosovo və Xorvatiya ilə görüşləri, həmçinin Litva ilə yoxlama görüşünə baxmışam. İki futbolçu – hücumçu Ramil Şeydayev və İspaniyada oynayan yarımmüdafiəçini qeyd edə bilərəm. Adətən 4-3-3 və ya 4-1-4-1 sistemi ilə oynasalar da, dəyişikliklər edə bilərlər. Azərbaycan yığmasının müdafiə xətti sabitdir. Hücum edərkən bunu da nəzərə almalıyıq”.

Qeyd edək ki, Azərbaycan – Macarıstan oyunu iyunun 8-də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR