Gürcüstanın Azərbaycana borcu 6% azalıb

Gürcüstanın Azərbaycana borcu 6% azalıb
# 13 mart 2020 16:32 (UTC +04:00)

Bu ilin 29 fevral tarixinə Gürcüstanın Azərbaycana olan dövlət borcu 6,291 mln. ABŞ dolları təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında bildirilib.

Sənəddə qeyd olunub ki, bu göstərici aylıq müqayisədə 408 min dollar və ya 6,1% azalıb.

Fevralın 29-da Gürcüstanın ümumi xarici dövlət borcu 5 673,599 min dollar təşkil edib. Bunun 403 586 min dolları Asiya İnkişaf Bankının, 125 194 min dolları Avropa Yenidənqurma və İnkişaf Bankının, 559 236,0 min dolları isə Avropa İnvestisiya Bankının payına düşüb.

Ölkələr üzrə Gürcüstanın ən çox xarici dövlət borcu Almaniyayadır – 370 202,0 min dollar. Hesabat dövründə Gürcüstan Milli Bankının Beynəlxalq Valyuta Fonduna borcu isə 247 191 min dollar təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR