"Qalileo" peyk rabitə sisteminin fəaliyyətində problem yaranıb

"Qalileo" peyk rabitə sisteminin fəaliyyətində problem yaranıb
# 14 iyul 2019 19:52 (UTC +04:00)

Avropanın "Qalileo" peyk rabitə sisteminin fəaliyyətində problem yaranıb.

APA-nın "RİA Novosti "agentliyinə istinadən verdiyi məlumata görə, peyk sistemindəki bütün peyklər "istifadə edilmir" statusuna keçib.

"Qalileo" dünyadakı qlobal peyk rabitə sistemlərindən biridir. Orbital peyk qrupuna 26 peyk daxildir. Peyk sistemini Avropa İttifaqı maliyyələşdirir. Layihədə Çin, İsrail, Cənubi Koreya və Ukrayna da iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR