Tramp Putinə meşə yanğınları ilə mübarizədə kömək təklif edib

Tramp Putinə meşə yanğınları ilə mübarizədə kömək təklif edib
# 01 avqust 2019 03:19 (UTC +04:00)

ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Patin arasında telefon danışığı olub.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, telefon bağlantısı Vaşinqtonun təşəbbüsü ilə baş tutub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, telefon danışığı zamanı Tramp rusiyalı həmkarına Sibirdə meşə yanğınları ilə mübarizədə kömək təklif edib. V.Putin diqqətinə, köməyə və dəstəyə görə D.Trampa minnətdarlığını bildirib və qeyd edib ki, Rusiya belə bir köməyə ehtiyac duysa bundan yararlanacaq.

Putin Trampın kömək təklifini gələcəkdə Rusiya ilə ABŞ arasında tamformatlı münasibətlərin yaranmasına zəmanət kimi dəyərləndirib. Prezidentlər, həmçinin həm telefon bağlantısı yolu ilə, həm də şəxsən görüşməklə əlaqələrin davam etdirilməsinə dair razılığa gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR