“4 attraksion, 4 ictimai iaşə obyekti bulvardan götürülüb”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Dənizkənarı Bulvar İdarəsinin rəisi İlqar Mustafayev bildirib.
İ. Mustafayev deyib ki, ictimai iaşə obyektlərinin sahibləri ofisiantların əllərindəki əlcəklərin gün ərzində bir neçə dəfə dəyişdirilməsinə nəzarət etməlidirlər.