Bakıda keçmiş məhkumdan silah götürülüb

Bakıda keçmiş məhkumdan silah götürülüb
# 01 iyun 2019 12:33 (UTC +04:00)

Keçmiş məhkumdan silah götürülüb.

Daxili İşlər Nazirliyindən ONA-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş X. Aslanovdan 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 5 ədəd patron götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR