Bakı-Qazax yolunda yanan yük maşını yolun bağlanmasına səbəb olub - FOTO

Bakı-Qazax yolunda yanan yük maşını yolun bağlanmasına səbəb olub - FOTO
# 11 mart 2020 23:24 (UTC +04:00)

Ucarda yük maşınının yanması yolun bağlanmasına səbəb olub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün axşam saatlarında Bərdə rayon sakini, 1993-ci il təvəllüdlü Pərvin Famil oğlu Şərifovun idarə etdiyi "Mercedes" markalı qoşqulu yük maşını Bakı-Qazax yolunun Ucar rayonuna düşən ərazisində hərəkətdə olarkən qəfildən alışaraq yanıb.

Hadisə yerinə FHN-in Ucar Rayon Yanğından Mühafizə Hissəsinin 4 texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Məlumata görə, yanan "Mercedes" markalı yük maşını Türkiyədən gəlirmiş və içərisində geyim əşyaları olub. Hadisə zamanı Bakı-Qazax yolu Bakı istiqamətində 40 dəqiqədən artıq bağlı qalıb.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR