Rəqəmsal taxoqraf kartlarının ilk dəfə verilməsi və təzələnməsi qaydaları müəyyənləşib

Rəqəmsal taxoqraf kartlarının ilk dəfə verilməsi və təzələnməsi qaydaları müəyyənləşib
# 03 iyun 2019 11:46 (UTC +04:00)

Rəqəmsal taxoqraf kartlarının ilk dəfə verilməsi və təzələnməsi qaydaları müəyyənləşib.

ONA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün iş və istirahət rejimi, nəqliyyat vasitələrinin taxoqraflarla təchiz edilməsi, onlardan istifadə, onlara xidmət və fəaliyyətinə nəzarət Qaydası”nda əksini tapıb.

Rəqəmsal taxoqraf kartlarının ilk dəfə verilməsi və təzələnməsi qaydaları aşağıdakı kimidir:

1. Rəqəmsal taxoqraf kartını almaq üçün ərizəçi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə ərizə təqdim edir. Rəqəmsal taxoqraf kartını almaq üçün ərizə şəxsən, poçt vaitəsilə və ya elektron qaydada təqdim edilə bilər.

2. Elektron qaydada müraciət zamanı, ərizəçi “Elektron hökumət” portalına daxil olaraq müvafiq autentifikasiya prosesini keçir. Müvafiq ərizə formasını yükləyərək doldurur. Doldurulmuş ərizənin və həmin ərizədə göstərilən digər aidiyyəti sənədlərin skan olunmuş nüsxələrini əlavə edərək göndərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR