SOCAR: Siyəzəndə alçaqtəzyiqli qaz yığılaraq əhalinin istifadəsinə veriləcək

SOCAR: Siyəzəndə alçaqtəzyiqli qaz yığılaraq əhalinin istifadəsinə veriləcək
# 31 may 2019 12:28 (UTC +04:00)

Bir neçə aya Siyəzəndə alçaqtəzyiqli qaz yığılaraq əhalinin istifadəsinə veriləcək.

ONA-nın məlumatına görə, bunu Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz konfransında çıxış edən SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə deyib.

"Alçaqtəzyiqli qazlarla bağlı BMT ilə birgə həyata keçirdiyimiz layihədə qrant hesabına kompressorlar alınıb. Hazırda Siyəzəndə 8 kompressor quraşdırılıb. Bir-iki aydan sonra alçaqtəzyiqli qaz yığılaraq əhalinin istifadəsinə veriləcək", - deyə R. Hüseynzadə qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR