Azərbaycan Mərkəzi Bankı (AMB) ölkənin bank sektorunu humanistliyə çağırır.
“APA-Economics”in verdiyi xəbərə görə, bunu AMB-ni İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, pandemiyadan sonra maliyyə sektorunun mənəvi baxışları dəyişməlidir: “Dövlətlə biznes arasında yeni münasibətlər formalaşır. Maliyyə sektorunda daha ciddi maraqlar balansından daha humanist maraqlara keçilməlidir. Banklar kasıblıq olan yerlərə yönəlməlidirlər. Bank sektoru ilə dialoqlar aparılır. Kritik anlaşmanı görüşlərdə də görürük. Çünki bu, həm onların biznesləri ilə, həm də dövlətin siyasəti ilə eyni məcrada olmaq üstünlüklər verir”.