QMİ-nin Qərb bölgəsi üzrə nümayəndəliyi, Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsi və Gəncə Yəhudi Dini İcması birgə bəyanat yayıb

QMİ-nin Qərb bölgəsi üzrə nümayəndəliyi, Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsi və Gəncə Yəhudi Dini İcması birgə bəyanat yayıb
# 14 oktyabr 2020 15:15 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəliyi, Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsi və Gəncə Yəhudi Dini İcması Ermənistan silahlı qüvvələrinin atəşkəsi kobudcasına pozaraq cəbhə bölgəsindən xeyli aralıda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutmasını kəskin şəkildə pisləyən bəyanat yayıb.

APA-nın məlumatına görə, bəyanatda bildirilir ki, Ermənistan silahlı qüvvələri Gəncə şəhərini oktyabrın 4-dən başlayaraq davamlı atəşə tutub: “Bunun nəticəsində indiyədək 11 mülki şəxs həlak olub, 70-dən çox dinc sakin yaralanıb. Həmçinin 10 yaşayış binası tamamilə dağılıb, yüzlərlə obyektlərə ciddi ziyan dəyib”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR