İŞİD silahlıları İsrail ərazisini atəşə tutub

İŞİD silahlıları İsrail ərazisini atəşə tutub
# 26 iyul 2018 01:01 (UTC +04:00)

İsrail ərazisi İŞİD terror qruplaşmasının silahlıları tərəfindən atəşə tutulub. İsrail ordusunun endirdiyi hava və artilleriya zərbələri nəticəsində terrorçular məhv edilib.

APA-nın xəbərinə görə, bu barədə Rusiya Müdafiə nazirliyinin yaydığı açıqlamada bildirilir.

“İyulun 25-də İŞİD silahlıları Suriya hökumət qoşunlarının mövqelərinə zərbə endirməyə təhrik etmək məqsədi ilə Əl-Kuneytra əyalətindən İsrail ərazisini raket atəşinə tutublar. İsrail Müdafiə ordusunun aviasiya və artilleriyasının cavab atəşi ilə bütün terrorçular və onlara məxsus raket qurğuları məhv edilib”, məlumatda deyilir.

Nazirliyin açıqlamasında həmçinin bildirilir ki, Rusiyanın Suriyadakı hərbi qruplaşmasının rəhbərliyi irimiqyaslı təxribatın qarşısının alınması və terrorçuların məhv edilməsinə görə İsrail Müdafiə Ordusunun rəhbərliyinə minnətdarlıqlarını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR