Fransada koronavirusdan ölənlərin ümumi sayı 24376, virusa yoluxanların sayı isə 130185 nəfərə çatıb.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə cümə günü keçirdiyi brifinqdə ölkənin Baş Səhiyyə İdarəsinin rəhbəri Jerome Salomon bildirib.
O qeyd edib ki, son 24 saat ərzində koronavirusdan 218 nəfər dünyasını dəyişib. Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilənlərin sayı azalmaqda davam edir: “Hazırda xəstəxanalarda 25887 xəstə var. Reanimasiyada müalicəyə ehtiyacı olanların sayı da azalmaqdadır. Cümə axşamı 4019 xəstə var idi, bu gün isə bu say 3878-dir”.