Azərbaycanda indiyədək koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 102.764 test aparılıb.
Bu barədə APA-ya Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Hazırkı dövrədək 1480 nəfərdə koronavirus aşkarlanıb, onlardan 865 nəfər müalicə olunaraq sağalıb, 20 nəfər vəfat edib.