Ötən ay 129 partlamamış hərbi sursat və 1 ədəd piyada əleyhinə mina zərərsizləşdirilib

Ötən ay 129 partlamamış hərbi sursat və 1 ədəd piyada əleyhinə mina zərərsizləşdirilib
# 05 iyun 2018 15:55 (UTC +04:00)

Bu ilin may ayı ərzində Agentlik tərəfindən Ağcabədi, Ağdam, Ağstafa, Bərdə, Füzuli, Goranboy, Xızı, Qazax, Tərtər rayonları və Bakı şəhəri ərazisində 4 820 062 m² (482.01 ha) ərazi yoxlanılıb, 129 ədəd partlamamış hərbi sursat (PHS) və 1 ədəd piyada əleyhinə mina (cəmi 130 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

ANAMA-dan APA-ya verilən məlumata görə, əməliyyatlarda 485 nəfər əməliyyat heyəti, 134 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 528 810 261 m² (52 881.03 ha) ərazi təmizlənmiş, 796 884 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

May ayı ərzində Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzindən - 14 (on dörd) və Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən – 11 (on bir) müraciət daxil olub. Müraciətlər əsasında 10 450 m² ərazi təmizlənib, 38 ədəd partlamamış hərbi sursat (PHS) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

2018-ci ilin may ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR