Rusiya-Gürcüstan sərhədi yaxınlığında 3,9 maqnitudalı zəlzələ olub.
APA-nın xəbərinə görə, bu barədə Gürcüstan Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.
Zəlzələ yerli vaxtla saat 16.33 radələrində İnquşetiya ərazisində, Gürcüstanla sərhəddən 7 km uzaqlıqda baş verib.
Zəlzələnin ocağı 16 km dərinlikdə yerləşib.
Dağıntı barədə məlumat daxil olmayıb.