Yohannes Han Bakıda Aİ-Azərbaycan biznes forumunda iştirak edəcək

Yohannes Han Bakıda Aİ-Azərbaycan biznes forumunda iştirak edəcək
# 03 iyun 2019 10:21 (UTC +04:00)

Avropa Komissiyasının genişləndirmə və qonşuluq siyasəti üzrə komissarı Bakıda keçiriləcək Aİ-Azərbaycan Biznes Forumunda iştirak edəcək.

ONA-nın məlumatına görə, iyunun 13-də keçiriləcək biznes forumun gündəliyi açıqlanıb.

Açılış mərasimində Yohannes Hanla yanaşı İqtisadiyyat naziri Şahin Mustafayev də çıxış edəcək. Forumda nazirlər, yüksək səviyyəli hökumət rəsmilərinin iştirakı ilə müxtəlif panel müzakirələri təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR