ABŞ-da mənzil satışları son 10 ilin ən böyük azalmasını nümayiş etdirib

ABŞ-da mənzil satışları son 10 ilin ən böyük azalmasını nümayiş etdirib
# 22 may 2020 10:50 (UTC +04:00)

ABŞ-da yaşayış evlərinin satışları apreldə son 10 il ərzində ən böyük azalma nümayiş etdirib. Koronavirus pandemiyası nəticəsində ölkədə artan işsizlik və resessiya mənzil tələbatının azalmasına səbəb olub.

APA-Economics”in “Reuters”ə istinadən verdiyi məlumata görə, Milli Rieltorlar Assosiasiyası bildirir ki, ABŞ-da mənzillərin təkrar bazarında satışlar 17,8% azalaraq, 4,33 mln. mənzilə çatıb. Faiz azalması 2010-cu ilin iyulundan bəri ən böyük azalma kimi qeydə alınıb.

Mütəxəssislər apreldə hazır evlərin satışlarını 18,9% azalmasını proqnozlaşdırırdı.

ABŞ-da yaşayış evlərinin satışının təxminən 90%-ni təşkil edən təkrar mənzillərin satışları aprel ayında illik ifadədə 17,2% azalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR