Bu gün Bakı Fond Birjasında Azərbaycan Maliyyə Nazirliyinin AZ0104005779 ISIN-li, 7 660 700 manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
“APA-Economics”in Bakı Fond Biryasına istinadən verdiyi xəbərə görə, hərrac zamanı 6 investor tərəfindən qiyməti intervalı 90,8921 AZN (10,4799%) və 92,4917 AZN (8,4899%) olan 6 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92,4917 AZN (8,4899%), orta ölçülmüş qiyməti 92,4917 AZN (8,4899%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 19 491 200 AZN yerləşdirilmiş həcmi isə 7 660 700 manat təşkil edilib.
İstiqrazların ödəmə tarixi 4 may 2021-ci ildir.
Hərrac iştirakçıları 20 may 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Bundan başqa, bu gün BFB-də Maliyyə Nazirliyinin AZ0105009788 ISIN-li, 20 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 19 investor tərəfindən qiyməti intervalı 88,0000 AZN (18,4441%) və 100,1754 AZN (10,9000%) olan 25 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100,0000 AZN (11,0000%), orta ölçülmüş qiyməti 100,0157 (10,9910%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 62 349 800 AZN yerləşdirilmiş həcmi isə 20 mln. manat təşkil edilib.
İstiqrazların ödəmə tarixi 17 may 2022-ci ildir.
Hərrac iştirakçıları 20 may 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.