Keçən il xarici ölkələrdə əmək fəaliyyəti, təhsil, əcnəbilərlə nikah, məişət zorakılığı, miqrantların müvəqqəti qeydiyyatı, övladlığa götürmə və digər məsələlərlə bağlı “152 Qaynar xətti”nə 6 min 845 müraciət daxil olub.
APA-nın məlumatına görə, bunu Milli Məclisin İnsan Hüquqları və Hüquq və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatının (2019) müzakirəsi zamanı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı mübarizə baş idarəsinin rəisi Həzi Aslanov bildirib.
H. Aslanov deyib ki, müraciətlər araşdırılaraq qanunauyğun ölçülər götürülüb, təşəbbüskarlara zəruri izahlar verilib.