Gürcüstanda doğum tempi azalıb.
2019-cu ildə Gürcüstanda 48 296 körpə dünyaya gəlib ki, bu da əvvəlki illə müqayisədə 5.6% azdır.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib. Qeyd olunub ki, dünyaya gələn uşaqların 25 029-u oğlan, 23 267-si qız olub. Ən yüksək doğum tempi Tbilisidə (16 022), ən aşağı isə Kvemo Svaneti regionunda (284) qeydə alınıb.