Nazir: “Beynəlxalq İnformatika Olimpiadasının nəticələri avqustun 9-da elan olunacaq”

Nazir: “Beynəlxalq İnformatika Olimpiadasının nəticələri avqustun 9-da elan olunacaq”
# 05 avqust 2019 12:35 (UTC +04:00)

"Olimpiada sualları müxtəlif ölkələrdən olan elmi mütəxəssislərin iştirakı ilə Beynəlxalq Elmi Komitə tərəfindən hazırlanıb".

APA xəbər verir ki, bunu 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI) açılışına həsr olunmuş mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, olimpiada 2 mərhələdə keçiriləcək: "Müsabiqənin ilk günü avqustun 6-dadır. Böyük ehtimalla 3 tapşırıq olacaq, amma bu rəqəm 4 də ola bilər. Tapşırıqların həlli üçün 5 saat veriləcək. İştirakçıların tapşırıqları necə həll etməsi, nəticələr, bütün proses onlayn olaraq izləniləcək. Birinci gün başa çatanda nəticələr iştirakçılara bəlli olacaq. Bir günlük fasilədən sonra müsabiqənin ikinci mərhələsi keçiriləcək".

Nazir qeyd edib ki, ikinci mərhələ də ilk mərhələ kimi olacaq: "İkinci günün sonunda da həmin günün nəticələri bəlli olacaq. Sonra hər iki günün nəticələrinə əsasən, yekun qərar veriləcək. Avqustun 9-da nəticələrin rəsmi elan olunması gözlənilir".

C. Bayramov bildirib ki, iştirakçılardan 3-ü 10-cu sinif, 1-i isə 11-ci sinif şagirdidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR