Hikmət Hacıyev: “Karantin rejiminin aradan qaldırılması avtomatik xarakter daşıya bilməz”

Hikmət Hacıyev: “Karantin rejiminin aradan qaldırılması avtomatik xarakter daşıya bilməz”
# 16 aprel 2020 17:22 (UTC +04:00)

“Karantin rejiminin aradan qaldırılması avtomatik xarakter daşıya bilməz, birdən birə əvvəlki həyat tərzimizə qayıda bilmərik”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, virusa qarşı vaksin hələ tapılmayıb: “Hər birimiz həyat tərzimizdə dəyişiklik etməliyik. Xüsusi peyvəndlər müəyyən olunandan və insanlara tətbiq ediləndən sonra biz pandemiyanın bu və ya digər formada başa çatdığını elan edə bilərik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR