Ötən il Azərbaycan üzrə 46 282 ədəd məcburi audit obyektindən yalnız 3 745-i və ya 8,09%-i yoxlamadan keçib.
"APA-Economics" bu barədə Hesablama Palatasının illik hesabatına istinadən xəbər verir.
Məlumata əsasən, məcburi auditdən keçən subyektlərin sayında 2018-ci ilə nisbətən 19% artım qeydə alınıb.
Bildirilir ki, ötən il ölkədə bankların sığorta şirkətlərinin hamısı, bələdiyyələrin 89,53%-i, səhmdar cəmiyyətlərin 47,8%-i, siyasi partiyaların 27,27%-i, MMC-lərin 3,88%-i məcburi auditdən keçib.
Xatırladaq ki, 2019-cu il ərzində yerinə yetirilmiş 5 205 müqavilədən 3 745-i məcburi auditin subyekti, 1 460-ı isə könüllü auditin subyekti olub. Bu da uyğun olaraq 71,95% və 28,05% təşkil edib.
Məcburi audit subyektlərinin təşkilati-hüquqi forması |
Respublika üzrə məcburi audit subyektlərinin sayı |
2019-cu il üzrə məcburi auditdən keçən təsərrüfat subyektlərinin sayı |
Auditdən keçmə %-i |
Səhmdar cəmiyyətlər |
1 163 |
556 |
47,8 |
Məhdud məsuliyyətli cəmiyyətlər |
43 408 |
1 686 |
3,88 |
Bələdiyyələr |
1604 |
1436 |
89,53 |
Banklar |
30 |
30 |
100 |
Sığorta şirkətləri |
22 |
22 |
100 |
Siyasi partiyalar |
55 |
15 |
27,27 |
Cəmi |
46 282 |
3 745 |
8,09 |