“Neftçi” “OİK-Xabarovsk” ilə qarşılaşacaq

“Neftçi” “OİK-Xabarovsk” ilə qarşılaşacaq
# 31 may 2019 12:43 (UTC +04:00)

“Neftçi”nin Türkiyə təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı daha bir rəqibi müəyyənləşib.

ONA-nın məlumatına görə, Azərbaycanın ən titullu komandası Rusiyanın “OİK-Xabarovsk” klubu ilə qarşılaşacaq.

Görüş iyunun 19-da baş tutacaq. Rusiya çempionatının gücünə görə 2-ci dəstəsi sayılan Milli Futbol Liqasında çıxış edən Xabarovsk təmsilçisi ilə qarşılaşmanın yeri hələ dəqiqləşməyib.

Qeyd edək ki, “Neftçi” iyunun 30-da Ukraynanın “Vorskla” (Poltava) klubu ilə üz-üzə gələcək.

Top oyunları

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR