SOCAR "Euro-5" standartlı dizel və benzin istehsalı ilə bağlı planlarını açıqlayıb

SOCAR "Euro-5" standartlı dizel və benzin istehsalı ilə bağlı planlarını açıqlayıb
# 08 aprel 2019 15:02 (UTC +04:00)

SOCAR Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ) modernləşdirilməsi və yenidən qurulması, eləcədə “Euro-5” keyfiyyət standartına cavab verən dizel və benzin istehsalının başlanmasına dair qrafiki qoruyub saxlayır. Bu barədə jurnalistlərə açıqlamasında SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov bildirib.

Onun sözlərinə görə, BNEZ-in modernləşdirilməsi və yenidən qurulması çərçivəsində 2020-ci ilin sonunda dizel yanacağı fraksiyalarının, 2021-ci ildə isə benzin fraksiyalarının istehsalı planlaşdırılır.

T. Qəhrəmanov onu da bildirib ki, BNEZ-ın modernləşdirilməsi və yenidən qurulması işləri qrafik üzrə aparılır: “Maliyyələşdirmə vaxtında aparılır. Layihənin ümumi dəyəri təqribən 2,2 mlrd. dollar təşkil edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR