Qarğıdalı sahəsinə yollanan Ağdam sakininin meyiti tapılıb

Qarğıdalı sahəsinə yollanan Ağdam sakininin meyiti tapılıb
# 06 iyul 2019 02:14 (UTC +04:00)

Ağdamda 55 yaşlı kişinin meyiti qarğıdalı sahəsində tapılıb.

APA-nın yerli muxbirinin xəbərin görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.

Qəsəbə sakini Sərxan Mehdiyev sahədən qarğıdalı yığmaq üçün evdən çıxdığını bildirib. Lakin ailə üzvləri S.Mehdiyevin evə gəlmədiyindən narahat olduğu üçün onun axtarışlarına başlayıb və S.Mehdiyevi sahədə ölü vəzyyətdə aşkar ediblər. Hadisə ilə bağlı Ağdam Rayon Polis Şöbəsinə və Ağdam Rayon Prokurorluğuna məlumat verilib.

Mərhumun meyiti müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təqdim olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR