Azərbaycan Milli Karate Federasiyası Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli hakim Cahangir Babayevə yeni vəzifə verilib.
Apasport.az saytının məlumatına görə, əməkdar məşqçi Avropa Hakimlər Komissiyasına üzv seçilib.
Qitənin 55 ölkəsindən ümumilikdə 10 nəfərin olduğu komitədə Azərbaycan nümayəndəsi ilk dəfə yer alacaq. 5-ci dan qara kəmər sahibi Cahangir Babayev bundan sonra həmin komitədə ölkəmizi təmsil edəcək.
Qeyd edək ki, Avropa Hakimlər Komissiyasında 1 sədr, 9 üzv yer alır.