Türkiyə ordusu bu gün 13 terrorçunu zərərsizləşdirib.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Müdafiə naziri Hulusi Akar bildirib.
Nazir deyib ki, Türkiyə Silahlı Qüvvələri Suriya sərhədinin son nöqtəsində hərbi əməliyyat keçirib: “Bu gün Haftanin, Zap, Hakurk, Qara bölgələrində Hərbi Hava Qüvvələrimiz əməliyyatlarda uğurlu nəticələr əldə edib”.