Tramp "Light" markalı neftin qiymətinin enməsini maliyyə təzyiqi ilə izah edib

Tramp "Light" markalı neftin qiymətinin enməsini maliyyə təzyiqi ilə izah edib
# 21 aprel 2020 03:48 (UTC +04:00)

ABŞ-ın “WTI” (“Texas light”) markalı neftin qiymətinin hazırkı enməsi əsasən maliyyə təzyiqləri nəticəsində sürətlə baş verən hadisədir.

APA “TASS”-a istinadən xəbər verir ki, bu fikri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi brifinqdə dilə gətirib.

“Bir ay əvvələ nəzər salın, məncə, bir barelin qiyməti təxminən 25-28 dollar idi. Bu, neft məsələsindən daha çox maliyyə məsələsidir. Bu, sadəcə maliyyə təzyiqidir. Əvvəllər heç kim neftin qiymətinin mənfi olması barədə eşitməmişdi, ancaq bu, qısa müddət sürəcək”, - deyə Vaşinqton administrasiyasının rəhbəri bildirib.

“Rusiya, Səudiyyə Ərəbistanı, OPEK+ istehsalatı azaltdı. Fabriklər, müəssisələr bağlandı. Bizim çoxlu neftimiz var. İstehsalat sutkada 20 milyon barelədək azaldılacaq, Rusiya ilə Səudiyyə Ərəbistanı arasındakı 15 milyon bareli isə ciddi şəkildə azaltmaq lazım gələcək”, - deyə Tramp əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR