“ABŞ-ın İranın neft tankerlərinə təcavüzünə qətiyyətli cavab veriləcək, bunu amerikalıların özləri də çox yaxşı bilirlər”.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Müdafiə naziri general-mayor Əmir Hatəmi deyib.
Onun sözlərinə görə, neft tankerlərinə qarşı atılacaq hər hansı addım beynəlxalq qanunlara ziddir.
“Düşünürəm ki, beynəlxalq təşkilatlar və qurumlar ABŞ-ın bu kimi addımlarına qarşı ölçü götürməlidir. Bu, bir növ dəniz piratçılığıdır. Bizim siyasətimiz bu sahədə şəffafdır”, - deyə nazir vurğulayıb.