Lavrovla Pompeo arasında telefon danışığı olub

Lavrovla Pompeo arasında telefon danışığı olub
# 06 may 2020 19:29 (UTC +04:00)

Rusiya Xarici İşlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Maykl Pompeo arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Pompeo və Lavrov silahlanma üzərində nəzarəti müzakirə ediblər.

"Dövlət katibi Pompeo və Xarici İşlər naziri Lavrov svilahlanma üzərində nəzarət məsələsi ilə bağlı gələcək addımları müzakirə ediblər. Bundan başqa, xarici siyasət idarələrinin rəhbərləri bir sıra ikitərəfli məsələləri, eləcə də koronavirusla mübarizədə qlobal səyləri müzakirə ediblər", - deyə məlumatda vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR