"Dandolk" və "Qarabağ" matçının start heyətləri açıqlanıb

"Dandolk" və "Qarabağ" matçının start heyətləri açıqlanıb
# 24 iyul 2019 22:03 (UTC +04:00)

Azərbaycan çempionu “Qarabağ” bu gün avrokuboklarda növbəti oyununu keçirəcək.

APA-nın məlumatına görə, Ağdam təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda İrlandiyanın “Dandolk” klubu ilə görüşəcək.

Dandolk şəhərinin “Oriel Park” stadionunda keçiriləcək görüşdən öncə hər iki komandanın heyəti açıqlanıb. Öz ölkəsinin çempionu olan klubların baş məşqçiləri start “11-lik”ləri və ehtiyat oyunçuları müəyyənləşdiriblər.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Çempionlar Liqası
II təsnifat mərhələsi
İlk oyun
24 iyul
22:45. “Dandolk” (İrlandiya) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Bartoş Frankovski

Dandolk: 1. Qari Rocers, 2. Şon Qennon, 4. Şon Hor, 5. Kris Şilds, 7. Maykl Daffi, 9. Patrik Hoban (k), 10. Ceymi Makqrat, 11. Patrik Makeleni, 14. Deyni Messi, 18. Robert Benson, 44. Endi Boyl.
Ehtiyat oyunçular: 20. Aron Makkari, 8. Con Mauntni, 12. Corci Kelli, 16. Şon Murrey, 21. Daniel Kliri, 27. Daniel Kelli, 33. Din Jarvis.
Baş məşqçi: Vinsent Pert.

Qarabağ: 13. Vaqner da Silva, 2. Qara Qarayev, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 8. Miçel, 10. Dani Kintana, 19. Filip Ozobiç, 21. Hacıağa Hacıyev, 30. Abbas Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
Dandolk. “Oriel Park” stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR