İrkutskda daşqınlar nəticəsində ölənlərin sayı yeddiyə çatıb

İrkutskda daşqınlar nəticəsində ölənlərin sayı yeddiyə çatıb
# 01 iyul 2019 13:50 (UTC +04:00)

İrkutskda daşqınlar nəticəsində ölənlərin sayı yeddiyə çatıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Daşqınlar nəticəsində 9 nəfər isə itkin düşüb. İtkinlər arasında 1 uşağın olduğu da bildirilir.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, daşqınlar nəticəsində 55 yaşayış məntəqəsində təxminən 3300 evə ziyan dəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR