Əli Əhmədov: "Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıqda maraqlıdır"

Əli Əhmədov: "Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıqda maraqlıdır"
# 14 may 2019 13:17 (UTC +04:00)

"Azərbaycan Avropa İttifaqı (Aİ) ilə Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq edir və bu əməkdaşlığa böyük önəm verir".

ONA-nın xəbərinə görə, bunu Baş nazirin müavini Əli Əhmədov deyib.

Azərbaycanla Aİ arasında bir sıra məsələlərin müzakirə olunduğunu vurğulayan Ə. Əhmədov bildirib ki, Azərbaycan bütün beynəlxalq qurumlarla, o cümlədən Avropa İttifaqı ilə əməkdaşlıqda maraqlıdır.

"Birmənalı şəkildə istənilən əməkdaşlıqda Azərbaycanın maraqları nəzərə alınacaq. Azərbaycanın mənafeyinə hörmətlə yanaşan istənilən beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə hazırıq", - Ə. Əhmədov qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR