Qəbələ sakinindən odlu silah götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abrıx kənd sakini E.Xurşudovdan müvafiq sənədləri olmayan “TOZ-32” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Araşdırma aparılır.