Elmi müəssisələrin (təşkilatları) akkreditasiyasını Ali Attestasiya Komissiyası keçirəcək

Elmi müəssisələrin (təşkilatları) akkreditasiyasını Ali Attestasiya Komissiyası keçirəcək
# 24 aprel 2020 15:18 (UTC +04:00)

Azərbaycanda elmi müəssisələrin (təşkilatların) akkreditasiyasını həyata keçirəcək qurum müəyyənləşir.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Elm haqqında” qanuna təklif edilən təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, elmi müəssisələrin akkreditasiyası qaydasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Elmi müəssisələrin akkreditasiyası qurumu müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən əsasnaməyə uyğun olaraq, ictimai əsaslarla fəaliyyət göstərir. Layihəyə əsasən, elmi müəssisələrin (təşkilatların) akkreditasiyası ali attestasiya orqanı tərəfindən həyata keçiriləcək.

Layihədə elmi təşkilatlara yeni hüquq verilməsi də əksini tapıb. Dəyişikliyə əsasən, elmi təşkilatlar dünya elmi məkanında tanınmaq və reytinqini yüksəltmək məqsədilə beynəlxalq akkreditasiyadan keçmək hüququna malik olacaq. Hazırda elmi müəssisələr belə hüquqa malikdir.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR