“Mövcud qanuna əsasən Azərbaycan vətəndaşı digər ölkə vətəndaşlığını qəbul edəndə, 1 ay müddətinə DMX və ya xaricdəki səfirliyə məlumat verməlidir”.
APA-nın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov onlayn mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bununla bağlı Prezidentin təşəbbüsü ilə parlamentdə qəbul edilən qanun layihəsi var.
V.Hüseynov deyib ki, məlumat verməyəndə, həmin şəxs barəsində sərt cinayət məsuliyyəti nəzərdə tutulurdu: ”Ancaq yeni qanuna görə, bu məsuliyyət aradan qaldırılır. Qanun qüvvəyə mindikdən sonra gec məlumat verən şəxslər bu barədə rahat ola biləcəklər”.