Tikinti işləri zamanı təhlükəsizlik qaydalarını pozmağa görə cərimə və cəzalar dəyişdirilib

Tikinti işləri zamanı təhlükəsizlik qaydalarını pozmağa görə cərimə və cəzalar dəyişdirilib
# 22 may 2020 18:10 (UTC +04:00)

Tikinti, mədən işləri və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozmağa görə olan cərimə və cəzalara dəyişiklik edilib.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.

Qüvvədə olan Cinayət Məcəlləsinə əsasən, tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırdı.

Dəyişikliyə əsasən, cəzanın yuxarı həddi 10 ildən 7 ilə endirilib.

Beləliklə, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsinə əlavə edilməsi təklif olunan 222.4 maddəsinə əsasən, eyni əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə, beş ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR