Gürcüstanda meşə yanğını baş verib

Gürcüstanda meşə yanğını baş verib
# 15 may 2019 22:57 (UTC +04:00)

Gürcüstanın Barjomi dərəsində yerləşən Sakire kəndi yaxınlığında meşə yanğını baş verib.

ONA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisə yerinə Fövqəladə Halların İdarəedilməsi Xidmətinin əməkdaşları, eləcə də Tbilisi, Barjomi, Axaltsıx, Aspindza və Adigenidən 150-dək yanğınsöndürən cəlb olunub.

Yanğının söndürülməsinə Daxili İşlər Nazirliyinin Sərhəd polisi xidmətinin helikopteri də cəlb edilib. Yanğın çətin dağlıq ərazidə baş verdiyindən yanğın-xilasetmə avadanlıqlarının hadisə yerinə çatdırılmasının ləngidiyi bildirilir.

Faktla bağlı Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR