Azərbaycan millisi dünya çempionatına hazırlığı Türkiyədə keçir

Azərbaycan millisi dünya çempionatına hazırlığı Türkiyədə keçir
# 30 iyul 2019 11:44 (UTC +04:00)

Güləş üzrə Azərbaycan yığmaları sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatına hazırlığı davam etdirir.

APA-nın məlumatına görə, kişi komandalarımızdan fərqli, qadınlardan ibarət millimiz ölkə xaricində təlim-məşq toplanışı keçir.

Baş məşqçi Aslan Ağayevin və məşqçi Rövşən Umudovun rəhbərliyi altında iyulun 21-dən Türkiyənin Niğdə şəhərində Türkiyə yığmasıyla birgə hazırlıq keçən komandamız avqustun 4-dək toplanışı davam etdirəcək. Məşqlər əsasən fiziki hazırlıq üzərində qurulub.

Qeyd edək ki, heyətdə gənc güləşçilərimiz də yer alıb. Onlar avqustun 12-dən 18-dək Estoniyanın paytaxtı Tallində keçiriləcək gənclərin dünya çempionatına hazırlaşır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR