Qubada yanğın törədən şəxslər tutulub - YENİLƏNİB

Qubada yanğın törədən şəxslər tutulub - YENİLƏNİB
# 11 mart 2020 18:37 (UTC +04:00)

Quba rayonunun Səbətlər, Bərqov, İspik və Yuxarı Tüləkəran kəndlərinin yaxınlıqlarında yanğınların baş verdiyi ərazi meşə sahəsi deyil, yerli əhaliyə məxsus pay torpaqlarıdır. Lakin meşəyə yaxın ərazilərdə baş verən yanğınların meşə sahəsinə keçmə ehtimalı olduqca böyükdür.

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib. O qeyd edib ki, dəfələrlə əkin və biçənək sahələrinə od vurulması səbəbindən yanğın meşə sahələrinə keçib: “Fermerlərdən və kənd təsərrüfatı ilə məşğul olan bütün vətəndaşlardan tələb olunur ki, meşə yanğınlarına səbəb olacaq hallara yol verməsinlər”.

İ.İbrahimova onu da bildirib ki, meşə sahələrində yanğına səbəb olan hərəkətlərə yol vermək cinayət məsuliyyəti yaradır.

***

saat 12:26

Ehtiyatsızlıqdan yanğın törədən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə mart ayının 9-da rayonun Nügədiqazmalar və 10-da Yuxarı Tüləkəran kəndləri ərazilərində ehtiyatsızlıqdan meşə və quru otlaq, eləcə də bağ sahələrinin yanmasına səbəb olan iki rayon sakini, Hikmət Mirzəyev və Firudin Pənahəliyev saxlanılıblar və həmin hadisə qanuna müvafiq araşdırılır.

Dindirilmə zamanı hər iki şəxs ehtiyatsızlıqdan törətdikəri yanğına görə peşman olduqlarını bildirərək, vətəndaşlara əkin və bağ sahələrində təmizlik işləri aparan zaman ehtiyatlı olmağı və təmizlədikləri quru otları ərazilərdə yandırmamağı məsləhət biliblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR