Donald Tusk iyulun əvvəlində Azərbaycana səfər edəcək

Donald Tusk iyulun əvvəlində Azərbaycana səfər edəcək
# 03 iyun 2019 11:13 (UTC +04:00)

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk iyulun əvvəli Azərbaycana səfər edəcək.

Bu barədə APA -ya Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin siyasət şöbəsinin rəhbəri Denis Danilidis xəbər verib.

Məlumata görə, birgünlük səfər zamanı Donald Tusk Prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək. Görüş zamanı Avropa İttifaqı-Azərbaycan arasında ikitərəfli münasibətlər, yeni saziş və aviasiya sazişi ilə bağlı müzakirələr aparılacaq.

Səfərin proqramı Avropa Komissiyasının genişləndirmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Hanın iyunun 13-də Azərbaycana səfəri zamanı dəqiqləşəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR