UEFA mayın 11-də Millətlər Liqası ilə bağlı yeni qərar verə bilər

UEFA mayın 11-də Millətlər Liqası ilə bağlı yeni qərar verə bilər
# 08 may 2020 14:01 (UTC +04:00)

UEFA quruma üzv olan milli assosiasiyalarla növbəti videokonfrans keçirəcək.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, tədbir mayın 11-nə planlaşdırılıb.

Bu dəfəkı yığıncağın gündəliyi əsasən milli komandalarla bağlı olacaq. Konfrans iştirakçıları koronavirus pandemiyası üzündən taleyi qaranlıq qalan Millətlər Liqası, həmçinin DÇ-2022-nin seçmə mərhələsi ilə bağlı variantlarla bağlı fikir mübadilələri aparılacaq.

Azərbaycan millisinin C liqasının 1-ci qrupunda Lüksemburq, Monteneqro və Kiprlə mübarizə aparacağı turnirin təxirə salınması, ya da ləğvi ilə bağlı qərarın verilməsi də istisna edilmir.

Çünki Millətlər Liqasında 2020/21 mövsümünün tarixinin dəyişməz qalması mümkünsüz sayılır. Təxirə salınan AVRO-2020 və Millətlər Liqasının final mərhələsinin eyni ilin yayında təşkili real deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR