Azərbaycan Beynəlxalq Bankı yeni kredit məhsulunu təqdim edib

Azərbaycan Beynəlxalq Bankı yeni kredit məhsulunu təqdim edib
# 26 iyul 2019 16:59 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Bankı korporativ biznesin inkişafına dəstək məqsədilə yeni kredit məhsulu olan “İnvoysların maliyyələşdirilməsi”nin tətbiqinə başlayıb.

APA-Economics” banka istinadən verdiyi məlumata görə, korporativ müştərilər, o cümlədən kiçik və orta sahibkarlar elan edilmiş hesab-faktura üzrə debitor borclarının ödənişi məqsədilə bu imkandan faydalana bilərlər. Belə ki, bu məqsədlə müvafiq sənədləri təqdim edən korporativ müştərilərə Azərbaycan Beynəlxalq Bankı hesab-fakturada göstərilmiş məbləğin 80%-dək kredit limiti ayırır.

“İnvoysların maliyyələşdirilməsi” kreditinin məbləği 500 000 manatadək, müddəti 12 ayadək təşkil edir, illik faiz dərəcəsi isə 15%-dən başlayır.

“Bankımız tərəfindən təqdim edilən bu yeni məhsul sahibkarlara maliyyə resurslarına daha çevik çıxış imkanı yaratmaqla bizneslərinin inkişafına təkan verəcək. Xüsusilə, kiçik və orta sahibkarlar bundan faydalanaraq maliyyə resurslarına çıxış imkanlarını daha da genişləndirə biləcəklər. Sahibkarlar filiallarımıza müraciət edərək, həmçinin bankın korporativ saytından onlayn kredit sifarişi verərək bu fürsətdən yararlana bilərlər”-deyə Azərbaycan Beynəlxalq Bankının Korporativ biznesin inkişafı departamentinin direktoru Ülvi Qasımov bildirib.

Qeyd edək ki, krediti Azərbaycan Beynəlxalq Bankının filiallarından əldə etmək mümkündür

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR