Xırdalanda azyaşlını vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb

Xırdalanda azyaşlını vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb
# 26 iyun 2019 13:14 (UTC +04:00)

İyunun 25-də saat 18 radələrində Xırdalan şəhərinin Nizami küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini, azyaşlı Məhəmməd Xəlilov vurulub və hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “KamAZ” markalı avtomobillə törədildiyi müəyyən edilib.

Yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsini idarə edən Masazır kənd sakini F. Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR