Biləsuvarda karantin qaydalarını pozanlar həbs edilib.
Daxili İşləri Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar olaraq Biləsuvar rayonunun giriş hissəsində yaradılmış stasionar postda “Kia Rio” markalı avtomobilin sürücüsünə “saxla” əmri verilsə də, o bu əmrə tabe olmayaraq hərəkəti davam etdirib.
Biləsuvar rayonu ərazisində polis əməkdaşları tərəfindən həmin avtomobil saxlanıldıqdan sonra isə sürücü və maşında olan digər 3 nəfər şəxs düşərək qaçmağa cəhd ediblər. Həmin şəxslər dərhal Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətiriliblər.
Saxlanılarkən onların Bakı sakini Ə. Mustafazadə, Qax rayon sakini S. Əhmədov, Ağcabədi rayon sakini O.Məhərrəmov və Füzuli rayon sakini K. Gülhüseynzadə olduqları müəyyən edilib və rayon məhkəməsinin qərarı ilə inzibati qaydada həbs olunublar.