“İctimai nəqliyyatda vətəndaş 1 metr məsafə saxlayarsa, yoluxma təhlükəsi azalar”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.
E. Əzizov deyib ki, marşrutlarda nəzarət gücləndirilir: “Biz KİV-in yardımından istifadə edərək maarifləndirməni gücləndirməyə çalışırıq. Bununla bağlı xüsusi proqram hazırlanır”.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı qeyd edib ki, supermarketlərdə də sosial masafə saxlanılmalıdır: “Vətəndaşlar özünü qorumağın zəruri olduğunu başa düşmürsə, hansısa addımların atılması çətindir”.